Muəllif:

Xaricdə oxumaq istəyənlərin nəzərinə!

Son vaxtlar Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərmək adı ilə şirkət və firmalar tərəfindən müxtəlif elanlar verilir. Azərbaycanda rəsmi qeydiyyatdan keçən və qanuni tələbə mübadiləsi ilə məşğul olan şirkətlər varmı? Təhsil Nazirliyi bu şirkətlərin vasitəsilə imtahan vermədən yalnız attestatla məktəbə qəbul olanların diplomlarını tanıyacaqmı? Əgər bu şirkətlər qanunsuz fəaliyyət göstərirlərsə, nazirlik belə halların qarşısını almaq üçün hansı tədbirlərə əl atacaq? Vətəndaşlar tərəfindən Təhsil Nazirliyinə olan bu kimi müraciətlərə dövlət qurumu cavab verib.
TN-dən bildirilib ki, xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər Təhsil Nazirliyində akkreditasiyadan keçmirlər:
«Bu tip şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır və Nazirlik bu halda müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir. Rusiya və Ukraynada ali təhsil almış Azərbaycan vətəndaşlarının ali təhsil haqqında sənədlərinin tanınması məsələsinə gəlincə, əgər tələbə təhsil aldığı ölkənin qanunları çərçivəsində ali məktəbə qəbul olunmuşsa və ali təhsil müəssisəsi həmin ölkə tərəfindən tanınırsa, o zaman müraciət edən şəxsin ali təhsil haqda sənədləri müvafiq qaydada nostrifikasiya prosedurları keçdikdən sonra ölkə ərazisində tanınacaqdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 241