Muəllif: Redaksiya
Xaricdə distant təhsil diplomu havadan asılı qalıb
TN xaricdə distant təhsil almış vətəndaşlarımızın diplomlarının tanınıb-tanınmama məsələsinə aydınlıq gətirib. Bəlli olub ki, bu məsələ havadan asılı qalmaqdadır.
TN saytı bildirir ki, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru TN tərəfindən həyata keçirilir.
Bu zaman Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları» əsas götürülür.
Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil almış şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmur.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 640

