Muəllif:

Xankəndinə uçuşlar müharibə şəraiti aradan qalxandan sonra mümkün ola bilər

Xankəndinə uçuşlar müharibə şəraiti aradan qalxandan sonra mümkün ola bilər. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edərkən belə bir xəbərdarlığını
çatdırıb. MN mətbuat xidməti bildirir ki, görüşdə Dağlıq Qarabağ konfliktinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Problemin indiyədək həll edilmədiyinin səbəbləri üzərində dayanan nazir Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnaməni və onların bu günədək icra edilmədiyini, 20 il ərzində Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağa xatırladıb. Nazir təəssüflə bildirib ki, beynəlxalq qurumların münaqişə ilə bağlı gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir.

Təcavüzkarı adı ilə cağırmaqdan müxtəlif bəhanələlrlə yayınan bu qurumun
rəsmi şəxsi maraqlıdır ki, Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək istəyib. Kobieratiskinin verdiyi sualı Əbiyev belə cavablandırıb:

«Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunu üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204