Muəllif:

Xalidə Xalid və sürücüsü yaxın 2 gün ərzində geri təhvil veriləcək

İranda ötən gün həbsdən azad olunan Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov yaxın iki gün ərzində Azərbaycana təhvil veriləcək. İranda səfərdə olan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi heyətdən APA-ya verilən məlumata görə, hazırda hər iki ölkənin müvafiq qurumları təhvil-təslim işləri ilə bağlı sənədləşmə aparır.

Sənədləşmə işi başa çatdıqdan sonra Azərbaycan vətəndaşları təhvil veriləcək. Onların Azərbaycan heyəti ilə birgə vətənə qayıtması gözlənilir. Şeyxülislamın başçılıq etdiyi heyət İrana səfərini mayın 22-də yekunlaşdırıb Azərbaycana qayıdacaq.

Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Mayın 18-də QMİ sədrinin başçılıq etdiyi heyətin Tehrana səfərindən sonra mayın 19-u isə onlar azadlığa buraxılıblar.

Onların həbsinin motivləri hələ də qaranlıq qalır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 113