Muəllif:

Xalidə Xalid və Şamxal Hüseynovun həyatı təhlükədədir

Xalidə Xalid və Şamxal Hüseynovun həyatı təhlükədədir. Təbrizdə həbs olunan və mayın 19-da azadlığa buraxıldığı iddia edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ ölkəmizin Təbriz Baş Konsulluğuna təhvil verilməyib. Xalidə Xalid və Şamxal Hüseynovun Azərbaycanın Təbriz Baş Konsulluğuna təhvil verildiyi barədə İranın Azərbaycan səfiri Möhsün Pak Ayin
tərəfindən APA TV-yə verilmiş məlumat yalan çıxıb. Başqa sözlə, səfir yalan danışıb.

Bu iki vətəndaşımızın hələ təhvil verilmədiyi barədə APA-ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan bildiriblər. Diplomatik missiyadan qeyd olunub ki, Baş Konsulluq vətəndaşlarımızın azadlığa buraxılması ilə bağlı verilən qərara görə, İran tərəfinə öz razılığını ifadə edib və vətəndaşlarımızın qısa müddət ərzində Azərbaycan tərəfinə təhvil verilməsini gözləyir. İranın Azərbaycan səfiri Möhsün Pak Ayin isə bildirmişdi ki, onların Azərbaycana nə vaxt qayıdacağı barədə məsələyə Baş Konsulluğun aydınlıq gətirməlidir. Belə görünür bu iki vətəndaşımızın başında nəsə var, ola bilsin ki, onları kiminləsə dəyişmək üçün məqsədyönlü şəkildə həbs ediblər.

Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Hər iki şəxsin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərliyi etdiyi heyətlə birlikdə Bakıya qayıdacağı gözlənilsə də, onlar heyətlə gəlməyiblər.

Xatırladaq ki, dünən İranın Xarici işlər nazirliyinin sözçüsü Abbas Əraqçı Azərbaycanda həbsdə olan İran vətəndaşı Mikayıl Kazıminin də tezliklə azad olunacağına ümid etdiklərini bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 287