Muəllif:

Xalidə Xalid və Şamxal Hüseynov Tehran səfirliyimizə təhvil veriliblər

Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynovun  axşam saatlarında Azərbaycanın Tehran səfirliyinə təhvil verildikləri bəlli olub. Bu barədə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. Onların yaxın vaxtlarda Bakıya qayıdacağı gözlənilir.

Bu iki vətəndaşımız aprelin 30-da Təbrizdə saxlanılıblar. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran XİN soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını bildirmişdi.Lakin bu qanunsuz fəaliyyətin nədən ibarət olduğu açıq deyilmirdi. Bu müəmmalı həbsin arxasında hansısa bir siyasi niyyətin gizləndiyi istisna edilmir

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 204