Muəllif:

Xain çıxmış dostunu «biznes baltası» ilə o dünyalıq edib

Gürcüstan vətəndaşını xüsusi amansızlıqla öldürməyə cəhddə ittiham olunan Taleh Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
…Fevralın 11-də Bakının Yasamal rayonu ərazisində Taleh Bağırov 7 illik dostu, Gürcüstan vətəndaşı Əlləz İsmayılovu ailəsinə sataşdığı üçün baltalayıb. İstintaq müəyyən edib ki, Yasamal rayonunun A.Abbasov küçəsində Əlləz İsmayılovu balta ilə ölümcül yaralayan 26 yaşlı Lənkəran şəhər sakini Taleh Bağırov dostunu həyat yoldaşının ona çatdırdığı məlumata görə baltalayıb. Uzun müddət birgə gül satışı ilə məşğul olan Talehlə Əlləzin o vaxtdan ailəvi dostluğu olub. Sonradan işləri ayrı olsa da, yaxın münasibəti davam etdiriblər.
Bir neçə gün əvvəl onlar birlikdə kafedə görüşüblər. Həmin vaxt Talehə zəng gəldiyindən danışmaq üçün bayıra çıxıb. Talehin istifadə etdiyi ikinci mobil telefon isə stolun üstündə qalıb. Əlləz isə həmin telefonu götürərək nömrə kitabçasından Talehin həyat yoldaşının mobil nömrəsini götürüb.
Sən demə, Əlləz sonra Talehin həyat yoldaşına zəng edərək münasibət qurmaq istəyib və bu barədə ərinə deməməsini bərk-bərk tapşırıb. Lakin həyat yoldaşı Əlləzin ona zəng etməsini, dediklərini olduğu kimi Talehə danışıb.
Bundan sonra Taleh heç bir reaksiya vermədən ailəsini rayona aparıb. Sonra isə Bakıya qayıdaraq Əlləzlə görüşüb. Söhbət zaman Əlləzə heç nə deməyən Taleh gül biznesi ilə məşğul olarkən istifadə etdikləri balta ilə ona zərbələr endirir. Bədəninin müxtəlif yerlərinə 4 zərbə vuran Taleh qan içərisində zarıyan Əlləzin “məni niyə vurursan” bağırtısını cavabsız qoyaraq polisə təslim olub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Taleh Bağırov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 203