WorldStar International Contest-in təmsilçisi bəlli oldu
Aprelin 8-10-da Moldovada WorldStar International Contest müsabiqəsində Azərbaycanı təmsil edən iştirakçının kimliyi bəlli oldu. 87 nəfər gəncin arasından Azərbaycan və xarici prodüserlerdən ibarət münsiflər ilk dəfə olaraq bu yarışmada Azərbaycanı təmsil etməyi 18 yaşlı Ena Kameliyaya həvalə ediblər. Əslən Güney azərbaycanlı olan gənc qız Bakıda doğulub və Azərbaycanda musiqi sahəsində ilk addımlarını atır. Yarışmanın Azərbaycan milli seçimlərinin direktoru Hüseyn Cavadzadə AYNAya açıqlamasında deyib:
«Ena həm səs, həm xarici görünüş, həm xoreoqrafiya və işgüzarlıq baxımından məncə bütün tələblərə cavab verir. Biz seçimdən arxayınıq və artıq onu bu yarışmaya hazırlayan yaradıcı qrup öz işlərinə start verib. Növbəti ay Avropanın ən çox sevilən ulduzlarının da səhnə alacağı konsertdə Ena Kameliyanın müsabiqə mahnısını ictimaiyyətə təqdim edəcəyik».
WorldStar International Contest festivalında 30dan çox ölkə iştirak edir və Azərbaycan bu mötəbər yarışmada ilk dəfə təmsil olunur.