Muəllif:

The Wall Street Journal: «Ermənistanın qərarı daha geniş kontekstdə narahatlıq doğurur»

Ermənistanın qərarı qərb yayın orqanlarının diqqətini cəlb edib. Nüfuzlu “The Wall Street Journal” da bu məsələyə dair məqalə dərc edib. Newsru.com saytının təqdim etdiyi məqalədə deyilir ki, «AB ilə münasibətlərin möhkəmlənməsinə can atan Ermənistan Rusiyanın rəhbərliyi altında Gömrük İttifaqını seçməklə bölgəyə təsir uğrunda Brüssellə mübarizədə Kremlə qələbə qazandırmaqla, Avropa diplomatlarını mat qoyub».

The Wall Street Journal qeyd edir ki,indi digər keçmiş sovet respublikalarının Ermənistanın addımını təkrarlama ehtimalı çox böyük maraq doğurur, çünki “Rusiya yanacağın qiymətini müəyyən edir, bu səbəbdən güclü təsir vasitəsinə malikdir”. Vurğulanır ki, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana Rusiya tərəfindən formal təhlükəsizlik zəmanəti vəd olunmuşdur.

O da qeyd edilir ki, iqtisadi baxımdan Ermənistan hər hansı tərəf üçün böyük mükafat sayılmır və AB Assosiasiya barədə razılaşmaya varılmasını daha çox diplomatik qələbə hesab edirdi.

Məqalədə ayrıca deyilir ki, “Ermənistanın qərarı daha geniş kontekstdə narahatlıq doğurur. Təzyiq Ermənistan da daxil olmaqla Assosiasiyaya meyl göstəhrən 4 ölkənin hamısına aiddir. Bu qərar domino effekti törədə bilər”, deyəAvropa Parlamentinin üzvü polyak Yatsek Sariuş-Volskinin sözlərinə diqqət yetirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140