Muəllif: Redaksiya
Volqoqradda terror aktını təşkil edən Sokolov öldürüldü
Rusiya Milli Antiterror Komitəsi bu gün Maxaçqala şəhərində (RF-nin Dağıstan Respublikası) həyata keçirilən əməliyyat nəticəsində mühasirəyə alınan evlərin birində Volqoqrad şəhərində törədilən terror aktının məsuliyyətini öz üzərinə götürən Dmitri Sokolov və daha 4 yaraqlının öldürüldüyünü açıqlayıb.
Rusiya mediasına istinadən, mühasirəyə alınan yaraqlılarla aparılan danışıqlar zamanı D.Sokolov Volqoqrad hadisəsinin bilavasitə təşkilatçısı olduğunu və sərnişin avtobusunun partladılmasında istifadə olunan maddəni şəxsən hazırladığını bəyan edib.
Əməliyyat nəticəsində 5 yaraqlı məhv edilib və onların cəsədləri arasında Sokolovun da şəxsiyyəti müəyyənləşdirilib. Dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki olmayıb.
Bölüm: Dünya
Oxunma sayı: 163