Muəllif:

Volqoqradda daha bir terakt: trolleybus partlaıldı. 15 ölü, 23 yaralı

Bu gün səhər tezdən  Volqoqrad şəhərində yeni terakt törədilib. Yerli vaxtla səhər saat 08.23-də şəhərin Dzerjinsk rayonu ərazisində 15 saylı trolleybusda partladılıb. Yolçulrla dolu olan trolleybus bazarın və qarnizon univermağının yerləşdiyi küçə ilə hərəkət edərkən partlayıcı qurğu işə düşüb. Partlayıcı trolleybusun orta hissəsində olub. Partlayış nəticəsində trolleybus tanınmaz hala düşüb. Yaxın binalarda şüşələr qırılıb tökülüb.

 Volqoqrad vilayət qubernatorunun müavini Vasili Qaluşkin 15 adamın öldüyünü, 23 adamın yaralandığını açıqlayıb. Bu partlayışı da bir gün əvvəl olduğu kimi, kamikadzenin törətdiyi güman edilir. Rusiya İstintaq Komitəsi olayın terror aktı olduğunu təsdiqləyib.

 Adamlar nəqliyyatda getməkdən çəkinir, düşüb piyada getməyə üstünlük verirlər.

Dekabrın 29-da Volqoqrad dəmiryol vağzalının binasında törədilən terakt nəticəsində 17 adamr ölüb, 40-dan çox adam yaralanmışdı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146