Muəllif:

Vladimir və Lyudmila Putinlər rəsmən boşandılar

Vladimir və Lyudmila Putinlər rəsmən boşandıqlarını bəyan ediblər. Rusiya prezidenti və onun keçmiş həyat yoldaşı Böyük Kreml sarayında «Esmeralda» tamaşasına baxdıqdan sonra boşanmaları barədə açıqlama veriblər. Bu, son ildə prezident cütlüyünün ictimaiyyət arasına ilk çıxışı olub.
“Mənim bütün fəaliyyətim, işim ictimaiyyətlə bağlıdır. Bu kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlmir. Lakin elə insanlar var ki, bununla tamamilə bir araya sığmır. Budur, Lyudmila Aleksandrovna səkkiz il, hətta doqquz il gözləyib.Nə isə bu, ümumi qərardır”, — V.Putin “Rusiya 24” kanalına bildirib.
Vladimir və Lyudmila Putinlər bildiriblər ki, onların nikahı sivil qaydada boşanma ilə başa çatıb. «Bu, həqiqətən, bizim birgə qərarımız idi. Bizim evliliyimizk ona görə başa çatdı ki, biz demək olar ki, görüşmürük.
Vladimir Vladimiroviç tamamilə öz işlərinə qapanıb, bizim övladlarımız böyüyüb və artıq öz həyatlarını yaşayırlar.
Ümumiyyətlə, elə alınıb ki, bizim hər birimiz öz həyatını ilə yaşayır, -L.Putina deyib. “Biz həmişə yaxın adamlar olaraq qalacağıq. Məni dəstəklədiyimə görə ona minnətdaram” – o qeyd edib.
«Lyudmila Aleksandrovna uşaqlar haqqında danışıb. Biz onları çox sevirik, onlarla fəxr edirik. Onların öz yolu var. Biz həmişə Lyudmila Aleksandrovna ilə çox yaxın dost olaraq qalacağıq, əminəm ki həmişə”, — V. Putin bildirib.
Vladimir və Lyudmila Putinin nikahı 30 il davam edib. Onların toyu 1983-cü il iyulun 28-də olub. İki qızları var: Mariya (1985-ci il), Yekaterina (1986-cı il). Ali dövlət postları tutan V.Putin şəxsi həyat barədə açıqlama verməyi xoşlamazdı və jurnalistləri bu kimi suallarına çox həvəssiz və qısa cavablar verərdi.
Son vaxtlar cütlük birlikdə çox nadir hallarda görünürdü. L.Putina sonuncu dəfə ictimaiyyət qarşısına martın sonlarında Qorki ədəbiyyat mükafatının təqdimatı zamanı çıxıb. Bundan əvvəl isə öz 55 illik yubileyini sadə şəkildə qeyd edib.
Dünya KİV-i Rusiya prezidentinin sensasion etirafına dərhal reaksiya verib. Xaricdə bu məlumat “güman edilən fakta çevrildi” kimi qəbul olunub”, — The Huffington Post yazıb.
Putinin ikinci müddətə prezidentliyi dövründə KİV onun gimnast Alina Kabayeva ilə romanından yazırdı. Mətbuta sızan məlumatlara görə, hətta bu romandan dünyaya oğlan və qız övladları da gəlib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130