Muəllif:

Vladimir Putinin müvəkkili Azərbaycan səfirinə teleqram göndərib

Rusiya prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov Azərbaycanın Rusiya səfiri Polad Bülbüloğlunun adına hökumət telaqramını yollayıb. Azərbaycan səfirliyindən APA-ya bildiriblər ki, teleqram 14 yaşlı azərbaycanlı Rövşən Kazımovun vəhşicəsinə döyülməsi ilə əlaqədardır.

«Hörmətli cənab səfir! 2013-cü ilin noyabrın 1-də Zelenoqradda sərxoş şəxs tərəfindən zorakılığa məruz qalaraq xəsarət alan 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlunun ailəsinin dərdini bölüşürəm. Milli zəmində ədavət, təhqir və uçağın alçaldılmasının istənilən təzahürlərini yolverilməz hesab edirəm. Bu cür fövqəl halları önləmək və günahkarları cəzalandırmaq üçün bütün lazımi tədbirləri görmək niyyətindəyəm. Moskva meri C.Sobyanin, Rusiya baş prokuroru Y.Çayka, daxili işlər naziri V.Kolokoltsevə müvafiq teleqramlar göndərmişəm. Baş vermiş fövqəl hadisə şəxsi nəzarətimdədir”, — deyə teleqramda bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172