Muəllif:

Vladimir Putin Bakıda haralarda oldu

Prezidentlər İlham Əliyev və Vladimir Putin arasında danışıqlar yekunlaşdıqdan sonra onlar Bakıya dostluq səfəri ilə gəlmiş Rusiya Xəzər Donanmasının “Dağıstan” raket gəmisinə baxış keçiriblər. RİA Novostiyə istinadən, onlar limana eyni avtomobildə gəliblər. Dövlət başçıları Rusiya Xəzər Donanmasının və Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin komandanlarının raportunu dinləyib və “Dağıstan” raket gəmisinin göyərtəsinə qalxıblar. Gəminin komandiri prezidentləri gəmidəki silahlar daxil olmaqla onun texniki-taktiki xüsusiyyətlərindən danışıb. Sonra dövlət başçıları burada yan almış Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin gəmisinə qalxaraq baxış keçiriblər.

Azərbaycan prezidenti İlham Əliyevə və onun rusiyalı həmkarı Vladimir Putinə xatirə suvenirləri təqdim olunub. Rusiya gəmisinin komandiri dövlət başçılarına matros papağı, köynəyi və gəmidən həyata keçirilən ilk raket buraxılışının fotoşəkili hədiyyə edilib. “Sizə hər bir raket buraxılışının uğurlu olmasını arzu edirəm”, deyə Putin qeyd edib.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə Dağüstü Parka qalxaraq Bakının gözəl mənzərəsini seyr ediblər. Sonra dövlət başçıları İçərişəhərdə piyada və elektromobildə gəziblər, burada kafelərin birində ənənəvi təndir çörəyindən dadıblar.

Sonda Vladimir Putinin şərəfinə Azərbaycan prezidenti adından nahar verilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 792