Muəllif: İsmayıl Umudlu
Videogörüntünün nəticəsi: hakimin səlahiyyətlərinə xitam verildi
Fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin videogörüntüsünü yaydığı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevin səlahiyyətlərinə xitam verilib.
Məhkəmə Hüquq Şurasından APA-ya daxil olan məlumatda bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı aparılıb.
Məhkəmə-Hüquq Şurasının 14 yanvar tarixli qərarı ilə A. Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib.
Bölüm: Xəbərlər
Oxunma sayı: 141