Muəllif:

VI Bakı Beynəlxalq Bank Konfransı başa çatı

MDB-nin Maliyyə-bank Şurası, Azərbaycan Beynəlxalq Bankı (ABB) və MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilən «MDB-nin maliyyə bazarları – Birlik məkanında iqtisadi inteqrasiyanın əsası» mövzusunda MDB ölkələrinin VI Bakı Beynəlxalq Bank Konfransı bu gün başa çatıb.

«APA-Economics»in məlumatına görə, bu gün tədbirdə əsasən bank sektorunun iqtisadiyyata investisiya qoyuluşları prosesində rolu, bank sistemində insan kapitalı barədə məruzələr dinlənilib və MDB ölkələrinin bəzi təşkilatlarının təqdimatları keçirilib.

Konfransda çıxış edən MDB Maliyyə-Bank Şurası baş direktorunun müavini Əhməd Qəhrəmanov Birlik ölkələrində əsas kapitala yatırılan investisiyaların strukturundan danışıb. Onun sözlərinə görə, MDB ölkələrində, o cümlədən Azərbaycanda əhalinin investisiya prosesində passivliyi müşahidə olunur. Həmçinin, ümumilikdə kənar investisiyaların payı aşağıdır və bu baxımdan investisiya qoyuluşlarında ilk növbədə əhalinin rolunun artırılması istiqamətində işlər gücləndirilməlidir.

Beynəlxalq Sənayeçi və Sahibkarlar Konqresinin HR resurslarının idarə edilməsi üzrə Komitəsinin sədri Andrey Bespalov məruzəsində bank sistemində və ümumilikdə biznesdə insan kapitalının əhəmiyyətindən daşınıb. A.Bespalov vurğulayıb ki, hazırda müəssisə xərclərinin orta hesabla təxminən 40-70%-i əmək haqqı və işçilər üzrə digər xərclərin payına düşür ki, bu da böyük göstəricidir. Bu baxımdan işçilərin səmərəliliyinin artırılması və insan resurslarının faydalı idarə edilməsi məsələsi son dərəcədə vacib və aktualdır.

Qeyd edək ki, MDB ölkələrinin beynəlxalq bank konfransı hər il ənənəvi olaraq Bakıda keçirilir

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166