Muəllif:

Vətən xainlərinin apelyasiya şikayəti təmin edilməyib

Dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçuların apelyasiya şikayətləri təmin edilməyib. Bu gün Şirvan Apelyasiya Məhkəməsində Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Azərbaycan ordusunun hərbi qulluqçuları Orxan Əliyev və Elçin Əfəndiyevin apelyasiya şikayətləri üzrə məhkəmə belə bir qərar verməklə başa çatıb.

Hakim Əhməd Novruzovun sədrliyi ilə keçirilən prosesin sonunda elan edilən qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.

Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Orxan Əliyev 12 il və Elçin Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər CM 274-cü (dövlətə xəyanət), 180.2.4-cü (soyğunçuluq), 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə), 338.1-ci (Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma maddələri ilə ittiham ediliblər.

Hər iki vətən xaini N saylı hərbi hissədə xidmət etdikləri zaman düşmənlə təmasa girərək, Azərbaycanın dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlər ediblər. Bu xainlər xidmət etdikləri hərbi hissədə əsgər yoldaşlarının əmlaklarını talamaq cinayətləri də törədərək əsgərlərin pullarını və digər əşyalarını götürməklə soyğunçuluq ediblər. Bundan əlavə, hərbçi yoldaşlarını döyüb, söyməklə onlara işgəncə vermələri də ittiham aktında yer alır.

Jnlar cəza müddətlərini sonadək çəkməli və ömürləri boyu bu ləkəni vicdanlarında daşımalı olacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 138