Muəllif:

Vətən xaini Ələkrəm Hümmətov İrəvana gəlib

Vətən xaini, müharibənin gedişində ön cəbhədə düşmənlə işbirliyi içində olmuş satqın Ələkrəm Hümmətovun növbəti dəfə İrəvana gəldiyi çəlli olub. Turan-ın Arminfoya istinadən yaydığı xəbərə görə, sentyabrın 24-də İrəvan Dövlət Universitetində “Talışşünaslıq” proqramının açılış mərasimi olacaq. Tədbirdə iştirak etmək üçün oraya gedən bu satqın indi özünü Ələkrəm Hummazoda adlandırır.
Erməni mənbələrinin məlumatına görə, o, Ermənistan ictimai-siyasi dairələrinin nümayəndələri ilə görüşlər keçirir, Dağlıq Qarabağda məruzələr edir.
Xatırladaq ki, 90-cı illərdə Hümmətov Azərbaycanda separatçı hərəkatın təşkilinə görə mühakimə olunub. Sonradan Avropa Şurasının təkidi ilə siyasi məhbus kimi azadlığa buraxılıb və Azərbaycandan Hollandiyaya göndərilib. Hazırda orada yaşayır və əvvəllər olduğu kimi indi də Ermənistanla işbirliyi içindədir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 216