Muəllif: Redaksiya
Vəsiqə istəyəndə «yol polisi» aradan çıxmaq istəyib
Qanunsuz olaraq polis geyimindən istifadə edən şəxs saxlanılıb.
DİN-dən bildirilir ki, sentyabrın 17-də BDYPİ inzibati binasında, yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli apardığından komendant xidmətinin əməkdaşları ondan xidməti vəsiqəsini təqdim etməyi xahiş ediblər. Bu zaman qaçmağa cəhd göstərmiş həmin şəxs saxlanılıb. Onun Bakı şəhər sakini Əfsun Rəcəbov olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.
Bölüm: Xəbərlər
Oxunma sayı: 174

