Muəllif:

VERSACE də erməniləri yalançı çıxardı

Bu da VERSACE… Bir onlar qalmışdı, onlar da erməniləri yalançı çıxardı. VERSACE şirkətinin Dağlıq Qarabağda parça istehsal edən fabrikin açılması ilə hər hansı əlaqəsinin olması haqda informasiyalar həqiqətə uyğun olmadığı bəlli oldu.

Bunu APA-ya İtaliyanın məşhur “Gianni Versace” şirkətinin ictimaiyyətlə əlaqələr bölməsinin mütəxəssisi Ornelia Medaglia deyib. O bildirib ki, VERSACE bölgədə geyim və ya aksessuar istehsal etmir və belə bir planı da yoxdur.

Xatırladaq ki, Ermənistan mediası “Versace”nin işğal olunmuş Dağlıq Qarabağda parça istehsal edəcəyi ilə bağlı fantastik xəbər yayıb. Lakin bir Türk məsələində deyildiyi kimi, yalan ayaq tutar yeriməz.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152