Muəllif:

Vergilər nazirliyi şirkətləri ikili mühasibatlıqda ittiham edir

Vergilər nazirinin I müavini Natiq Əmirov bəzi iri şirkətləri ikili mühasibatlıqdan istifadə etməkdə və işçilərə verilən əmək haqqına görə vergidən yayınmaqda günahlandırıb.
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə «Vergi partnyorluğu» mövzusunda təşkil etdiyi konfransda çıxış edən nazir müavini hətta bu konfransa qatılan şirkətlər arasında da belə ikili mühasibatlıqla çalışan şirkətlərin olduğunu bildirib:

«Mən konfransa gəlməzdən əvvəl burada iştirak edən iri şirkətlərin verdiyi hesabatlarla tanış oldum. Elə şirkətlər var ki, 800-1000 işçisi var, amma işçisinə ayda 132 manat maaş verildiyini göstərir. Əlbəttə ki, bu reallığa uyğun deyil».

Nazir müavini «APA-Economics»ə açıqlamasında bildirib ki, bu halların qarşısını almaq üçün həmin şirkətlərə qarşı tədbirlər görmək asan deyil: «Bunu etmək çox çətindir, bizim həmin şirkətlərə qarşı apardığımız böyük yoxlama tədbirləri məhkəmələr tərəfindən ləğv edilir. Yəni, məhkəməyə həm maaşı verən, həm də alan tərəf dəvət edilir. Hər iki tərəf maaşın bu məbləğdə, yəni, məsələn, 132 manat olduğunu təsdiqləyirlər. Bunun əsasında da bizim analoji maşa uyğun tətbiq etdiymiz vergi ləğv edilir».

Əmirov qeyd edib ki, ictimai dəstək olmasa, bu məsələnin həlli çox çətindir: «Belə şirkətlər ictimai qınaq obyektinə çevrilməlidir». Bununla yanaşı nazir müavini belə halların nisbətən azaldığını bildirib: «Bir il əvvəl maaşı 132 manat göstərən şirkətlərin sayı indikindən çox idi, indi əhəmiyyətli dərəcədə azalıb. Bu iş davam edir və biz də qoyduğumuz hədəfə nail olacağıq».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 157