Muəllif:

Vergilər Nazilriyi «Qanun» nəşriyyatının sənədlərini müsadirə edib

Noyabrın 1-də 20-yə qədər şəxs “Qanun” Nəşriyyat Evinə daxil olaraq hər hansı əsas olmadan nəşriyyatın mühasibat və hüquqi sənədlərini müsadirə ediblər. Bu haqda Turan-a nəşriyyatın direktoru Şahbaz Xuduoğlu bildirib. Onun sözlərinə görə, gələnlərdən yalnız 2-3 nəfəri Vergilər Nazirliyinin uniformasında olub. Qalan şəxslərin hansı nazirlik və ya idarəyə mənsub olmaları məlum olmayıb. Gələnlər mühasibat sənədlərini tələb ediblər, direktor məhkəmə qərarı olmadığı üçün sənədləri verməyəcəyini, mühasibi və qurumun vəkili gözləmələrini istəyib.
Amma buna baxmayaraq 10-a qədər şəxs mühasibatlığa girərək bütün sənədləri müsadirə ediblər. Hətta burada çalışan şəxslərin, o cümlədən xanımların şəxsi əşyaları belə müsadirə edilib.
Ş.Xuduoğlu bu prosesin saat 11:00-dan axşam saat 18:00-a kimi davam etdiyini nəzərə çatdırıb. Bu basqın nəticəsində iş prosesi pozulub. Direktor eyni zamanda nəşriyyatın Vergilər Nazirliyinə hər hansı borcunun olmadğını söyləyib.
“Bu əməllər hüquqa sığmır, bu, hüquqi müstəvi deyil, bu, xüsusi əmlakın və şəxsi əmlakın qanunsuz müsadirəsidir və sadəcə cinayətdir”,- Ş.Xuduolu nəşriyyatda baş verən prosesləri qiymətləndirib. O, baş verənlərin səbəbləri barədə ehtimalı belə olmadığını vurğulayıb.
Hökumətə bağlı saytların son zamanlar qardaşı, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya olan hücumlarla bu axtarış arasında əlaqə ola bilməsi sualına Ş.Xuduoğlu “Azərbaycan kiçik ölkədir və belə hallar təsadüfən baş vermir” deyə qeyri-müəyyən cavab verib.
Bunu da xatırlatmaq yersiz olmaz ki, bu ilki prezident seçkilərində mövcud hakimiyyətə alternativ olan Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin plakatları, bukletləri bu nəşriyyatda çap edilib.
“Qanun” nəşriyyatı 1992-ci ildən faəliyyətdədir, dünyada Nobel mükafatı laureatı olan ədəbiyyatçının əsərlərinin Azərbaycan dilində yayım hüququ məhz bu nəşriyyata aiddir.-

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 152