Muəllif:

Vəhhabilər gəldilər…

Araşdırma materiallarına görə, Rusiya Federasiyası və digər MDB ərazilərində təhsil alan əsasən 9 ərəb ölkəsinin tələbələrinin 82,5%-i müxtəlif mövzularda, o cümlədən mikrobiologiya və kimyəvi silahlardan istifadə üzrə (Moskva, Sankt-Peterburq, Daşkənd, Yerevan), istilik yarımkeçiriciləri üzrə (Moskva, Kişinyov, Minsk, Kiyev, Bakı), kvant fizikası və neft üzrə (Bakı, Almatı, Sankt-Peterburq), riyazi hesablamalar, kosmik fəza cisimlərinin tətbiqi və kosmosun öyrənilməsi, nəzəri fizika üzrə (Moskva, Düşənbə, Aşqabad, Kiyev, Bakı), hərbi quruculuq və müdafiə-döyüş taktikası üzrə (Moskva, Kiyev, Minsk), nüvə texnologiyası üzrə yüksək nəticələr verən elmi tədqiqat və araşdırmalarını aparıblar. Məsələn, keçmiş sovet məkanına savadsız və biliksiz, ayrı-ayrı dini cərəyan və qruplardan çıxıb gələn bədəvi ərəblər bir müddətdən sonra vətənlərinə «silah»la qayıdırdılar. İndisə həmin şəxslər dünya bazarlarındakı mövqelərindən ehtiyat edən Asiya və Afrikanın dini-ekstremist mərkəzlərinin ideoloqlarına çevriliblər. Əgər Səudiyyə Ərəbistanı onlardan Azərbaycan neft strategiyasının pozulması məqsədləri üçün istifadə edirdisə, Rusiya Federasiyası onları Xəzər neftinə hakimlik iddiasında olan Amerika Birləşmiş Ştatlarına, eləcə də digər NATO ölkələrinə və onların infrastrukturlarına qarşı qoyurdu. Çünki Azərbaycanda gedən neft siyasəti aydın idi:
— Azərbaycanda Beynəlxalq Neft Əməliyyat Şirkəti yaradılmışdı və ona «BP» (İngiltərə) rəhbərlik edirdi. «Exxon-Mobil», «Unokal», «Pennzoil» (ABŞ), «Statoil» (Norveç), «İTOCNU» (Yaponiya), «Delta Ness» (Səudiyyə Ərəbistanı) və başqalarının maraqları artırdı. «Günəşli», «Azəri» və «Çıraq» dəniz neft yataqlarında ehtiyatda olan neftin miqdarı 4,6 milyard barrel idi. Hesablanmışdı ki, gündəlik bu yataqlardan 200 min barrel, sonra 1 milyon barrel və 2015-ci ildən təqribən 2 milyon barrel neft çıxarılsın.
— «BP»-nin başçılığı ilə «Şahdəniz»də işlər yenidən qurulurdu. Orada «Statoil», «Total Final ELF» (Fransa), Türkiyə, «Lukagir (RF-İtaliya) və OİE (İran) birgə «Şahdəniz» konsorsiumunu işlədilər ki, burada da 2 milyard barrel neft və 400-800 milyard kub.m. qaz olduğu iddia olunurdu.
Bütün bunlar narahatlıq yaradırdı. Həm Rusiya Federasiyasında, həm də neft ölkələrində Azərbaycanın bu sərvətlərini dağıtmaq, iqtisadi-siyasi sabitliyi pozmaq tədbirləri hazırlanırdı. Bizdə isə hələlik bütün bu sərvətləri qoruya biləcək konsepsiya və yaxud proqram işlənilməyib. Bu isə çətinlik yaradır.
Ərəb ölkələrindəki dini-ekstremist cərəyanların, terrorçu təşkilatlar kimi formalaşmış islamçı qrupların üzvlərinin və yaradıcılarının təqribən 55%-i keçmiş sovet məkanında müxtəlif ixtisaslara yiyələnmiş şəxslərdir. Məsələn, bu gün Qərbin əsasən aparıcı dövlətlərini qorxu və təhlükə altında saxlayan Üsəma bin Ladenin bilavasitə silahdaşlarından olan Əyman-Əz Zəvahiri, Seyid Qütb, İbn Taymiyyə, Məhəmməd Əbdül Salam Faraq, Sübhi Əbu Sitta, Sərvət Salah Şehata, Midhət Mursi Ömər, Nəsr Fəhmi Həsəneyni, Əbdüləziz Əl Qamal, Seyid İmam Əli-Şərif, Məhəmməd İbrahim Makaui… Rusiya Federasiyasının, Orta Asiya və Qafqazın ali məktəblərində, akademiya və tədqiqat institutlarında təhsil alan şəxslər olub və bu şəxslərin əksəriyyəti vətənlərinə döndükdən sonra hakimiyyət iddiasında olub hakimiyyətə də gəliblər. Məsələn, 1989-cu ildən Sudan prezidenti general Ömər Həsən Əhməd əl-Bəşirdi. Bu şəxs, məlumata görə, dörd dəfə Moskvada olmuş, Frunze adına Akademiyada dinləyici kimi təhsil almışdır. Araşdırmalarımıza görə, general 1992-ci ildə kiçik bir vəhhabi qrupla Qafqazı ziyarət etmiş, həmin il iyulun 13-dən 17-nə kimi Bakının neft yataqlarını gəzib «Azərbaycan ərəbləri»lə görüşüb və onlara yardım edəcəyinə söz verib (Sudan. Xartum-«Ər-Rəyya» qəzeti. 1992 N 58.). Araşdırmalarımıza görə, general Ömər Həsən «Cihad milli cəbhəsi» hərbi təşkilatının liderlərindən biri olub, ölkədəki «Müsəlman qardaşları» assosiasiyasının bazasında qərar tutub. Bu vəhhabi fundamentalist təşkilatların ideoloqu Sudan parlamentinin spikeri, «Əl-Qaida» nizamnaməsinin tərtibatçılarından olan Həsən-ətt-Turabidir.
Yaxud Tunisdə «Nəhta» fundamentalist təşkilatının lideri Rəşid əl-Qannuşinin 1991-ci ilin oktyabr ayındakı ordu və digər güc strukturlarını zəbt edib, dövlət çevrilişi etmək cəhdini xatırlayaq. Bu şəxs də müxtəlif illərdə Bakıda, Astanada, Aşqabadda olmuş, vəhhabi ideologiyasının ilkin mənbələrini gəzmiş, Qusar, Zaqatala, Balakən rayonlarında olmuş, «mən hər şeyi gözlərimlə gördüm…»demişdi.
Əsasən 90-cı illərdən başlayaraq, islam fundamentalistlərinin nəzərində belə bir prinsip var. «…Vəhhabi qanunlarından kənar hər nə mövcuddursa, dağıtmaq və qanunlar əsasında (?) yenidən qurmaq…» Radikal vəhhabi təşkilatlarının leqal və qeyri-leqal fəaliyyət göstərən «Cihad» hərbi-silahlı birləşmələrinə gəlincə, özünü sivil qaydada döyüş meydanlarına hazırlamağa başladı. İslamın Qərb dünyasına elan etdiyi primitiv döyüş qaydaları artıq məhvərindən çıxdı. Bu gün vəhhabilər islam pərdəsi altında sivil dünyaya «sivil» döyüş qaydaları tətbiq edir. Vəhhabi ideoloqu, Seyid Qütb «Yol yoldaşı» kitabında yazır: «Cihad vəhhabilərin müdafiə müharibəsi deyil, o, hücum müharibəsidir».
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 315