Muəllif:

“Vəhhabi”nin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində “vəhhabi” təriqətinin üzvü olan Qusar rayon sakini Rahib Pirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, o 2012-ci ilin avqustunda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib.
Saxlanılan zaman onun üzərindən xeyli miqdarda narkotik vasitə də götürülüb. Təqsirləndirilən şəxs CM 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), (milli, dini, irqi ayrı-seçkilik) maddələri ilə ittiham edilir.
Prosesdə ifadə verən təqsirləndirilən şəxs elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179