Muəllif:

Vasili Utkin: “Madrid “Atletiuko”sunun oyunçusu Baptistao ermənidir, ona görə də…»

“Braziliyada xeyli erməni yaşayır, hansı ki, soyadları “an” şəkilçisi ilə bitir. Əslində, Baptistao ermənidir, ona görə də üzərinə “Azərbaycan” yazılan formada oynamadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı futbol şərhçisi Vasili Utkin deyib. Ötən həftənin çərşənbə günü Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Atletiko” — “Zenit” matçı zamanı (3:1) meydan sahiblərinin futbolçularından biri meydana üzərində “Azerbaijan Land of Fire” yazısı olmayan formada çıxmışdı.

Belə ki, 79-cu dəqiqədə oyuna daxil olan Leo Baptistaonun forması digərlərindən fərqlənirdi. Meydançaya daxil olduqdan 1 dəqiqə sonra Madrid təmsilçisinin 3-cü qoluna imza atan braziliyalı hücumçunu görüşdən sonra diqqətsizlik etdiyini, formanı götürən zaman onun üzərində reklam yazısı olub-olmadığına fikir vermədiyini bildirmişdi.

“Exo Moskvı” radiosunun qonağı olan Utkin isə Baptisaonun bilərəkdən belə bir addım atdığını iddia edib: “Atletiko”nun bütün futbolçuları üzərində “Azerbaijan Land of Fire” yazılan formalarda oynayırlar. Siz yəqin bilirsiniz ki, “Baptistao” kimi Braziliya soyadları “Baptistan” kimi oxunur”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 200