Muəllif: Redaksiya
Üzgüçü Fatimə Əlkərimova Belarusda «Ümid kuboku»nda birinci yeri turub
Üzgüçü Fatimə Əlkərimova Belarusun Reçitsa şəhərində «Ümid kuboku» beynəlxalq turnirində birinci yeri turub. Azərbaycan Su İdmanı Növləri Federasiyasından bildirilir ki, 11 yaşlı Əlkərimova bütün növlər üzrə ən yüksək nəticələri göstərib. Fatimə 50 metr məsafəyə sərbəst üsulla üzməkdə yarışların yeni rekordunu müəyyən edib.
Yuniorların bu turniri Reçitsanın alman işğalından qurtarılmasının ildönümünə həsr edilmişdi. Turnirdə Azərbaycan, Belarus, Rusiya, Ukrayna, Moldova və Litvadan 600-ə yaxın üzgüçü iştirak edib.
Bölüm: Idman
Oxunma sayı: 352