Muəllif:

Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idi

Bu gün Üzeyir Hacıbəylinin mənzil-muzeyində “Üzeyir Hacıbəyli istiqlal nəğməkarı idi” mövzusunda konfrans keçirilib. Bu barədə ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova məlumat verib. Onun sözlərinə görə, konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistri Nuran Atamoğlanovanın “Üzeyir Hacıbəylinin kamera və instrumental yaradıcılığı”, muzeyin əməkdaşı Təranə Həsənovanın “Azərbaycan Xalq Cümhuriyyəti və Hacıbəyov qardaşları”, Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Gülay Ramazanovanın» Üzeyir Hacıbəylinin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti» adlı məruzələri dinlənilib. Sonda ölməz bəstəkara həsr olunmuş «Əbədi iftixarımız» adlı film nümayiş olunub (APA).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 210