Müvəqqəti işlər vəkili Derek Hoqan Naxçıvana yollanıb
ABŞ Səfirliyinin Müvəqqəti işlər vəkili Derek Hoqan 17-18 sentyabr tarixlərində Naxçıvana səfərə yollanmışdır.Cənab Hoqan Naxçıvan və regiondakı seçki-qabağı mühit barədə məlumat almaq və Amerika Birləşmiş Ştatlarının azad və ədalətli seçkilərə dəstəyini çatdırmaq üçün Xarici İşlər Nazirliyinin Naxçıvan İdarəsinin rəisi Əsgər İsmayılov, yerli Mərkəzi Seçki Komissiyasının rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşmüşdür. O, həmçinin Xalq Cəbhəsi və Musavat Partiyası rəsmiləri ilə görüşmüşdür. Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüş istəsə də, cədvəllərin toqquşması səbəbilə görüş baş tuta bilməmişdir.
Cənab Hoqan Rektor Saleh Məhərrəmovla birgə Naxçıvan Dövlət Universitetinə baxmış və mübadilə proqramları, ingilis dili tədrisi və bir sıra siyasi məsələlər ətrafında tələbələrlə söhbət etmişdir.
Cənab Hoqan Düz Dağ Fizioterapiya Mərkəzinə, Nuh sərdabəsinə və Möminə Xatun məqbərəsinə baş çəkərək Naxçıvana səfərini tamamlamışdır, deyə ABŞ səfirliyindən göndərilən xəbərdə deyilir.