Muəllif:

Urmiyədə terrorçu PJAK-a bağlı müəssisə qapadıldı

Güney Azərbaycanın Urmiyə şəhərində PJAK terrorçu təşkilatına bağlı Əhmədxani müəssisəsi qapadılıb.
Güney xəbər qaynaqlarının yaydığı bilgiyə görə, terrorçu qruplaşmaya üzv cəlb edən müəssisə avqustun 11-də Qərbi Azərbaycan İrşad-i İslami idarəsi tərəfindən qapadılıb.

Mədəni fəaliyyətlər adı altında terrorçu cəlb edən müəssisənin adı indiki Türkiyə torpaqlarında doğulmuş kürd kökənli şair Əhməd Xani ilə bağlıdır. 1650-ci ildə Hakkaridə doğulan bu şair kürdləri birləşməyə
çağıran şeirlər yazıb.

Batı Azərbaycan Milli Müdafiə Komitəsi bundan öncə sözügedən müəssisə ilə bağlı məlumat yaymışdı və o müəssisənin PKK terror təşkilatı ilə irtibatını ifşa etmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 144