Muəllif:

Urmiyə gölü fəlakəti: adalardan heyvanları koçürmək qərarına gəldilər

Urmu gölünün quruması (və ya qurudulması) adalardakı heyvanlar aləminin məhvinə səbəb olmaqdadır.
Əsən duz küləkləri milyonlarla insanın həyatını təhlükəyə salıb. Eyni zamanda duz küləkləri adalarda yaşayan heyvanları da təhdid edir. Adalardakı heyvanların həyatının təhlükəyə düşməsi üzündən Qərbi Azərbaycanın Ətraf Mühit İdarəsinin baş müdiri Həsən Abbasnəjad bildirib ki, məsullar adalardakı heyvanları başqa yerlərə koçürmək qərarına gəlib.

Gölün ətrafındakı yaşayış yerlərində əhalinin artıq duz küləklərinə görə xəstəliklərə tutulma riski artıb. Urmu gölünün qurtarılması ilə bağlı layihələr isə həyata keçirilməyib. Bu barədə mətbuata müsahibə verən şəhid Beheşti Universitetinin ustadı Behruz Dehzad məlumat verib. O bildirib ki, onuncu dövlətin son ilində dünya bankı ilə Urmu gölünün qurtarılması üçün layihə hazırlandı. Dünya Bankı kredit ayırdı. Lakin layihə icra edilmədi və kreditin də necə olduğu bilinmir. O Araz çayından Urmiyə gölünə su çəkilməsinin də faydasız olduğunu, bunun Arazı məhv edəcəyini bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159