Muəllif:

Urmiyada qar festivalı keçirilib:Türkiyə bayrağı, Traktor, Göl…

Qərbi Azərbaycan vilayətinə güclü qar yağıb. Oyannews xəbər verir ki, bu münasibətlə ötən gün Urmiya şəhərində qar festivalı keçirilib.  Urmiya Şəhər Bələdiyyəsinin Mədəniyyət və İdman Təşkilatı tərəfindən “Ellər bağı”nda təşkil olunan festivalda bələdiyyə sədri Məhəmməd Həzrətpur da iştirak edib. Yerli sakinlər, xüsusilə vətəndaşlar bir neçə qrupa bölünərək qartopu oynayıblar. Eyni zamanda festival iştirakçılar qardan Urmiya gölü, Türkiyə bayrağı, qar adam, qız və oğlan, bəy və gəlin, uşaq, Eskimo evi, kərtənkələ, qəlyan, avtomobil, traktor və başqa gözəl rəsmlər düzəldiblər. Urmiya gölü, Türkiyə bayrağı və Traktor tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Mərasimin sonunda 5 iş mükafata layiq görülüb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 324