Urmiya bəndlərə görə quruyur
Bəlli olur ki, hökumətin razılığı ilə, hər hansı iqtisadi və ya ekoloji əsaslandırma olmadan, Urmiya gölü üzərində, nə az, nə çox, 36 bənd ucaldılıb. Bu rəqəmi Tehran Universitetinin müəllimi, ekologiya elmləri doktoru İsmayil Kəhrum Kaşan şəhərində ərtaf mühitin mühafizəsinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.
Kaşan bildirib ki, Kərxə məntəqəsində tikilən bəndin hündürlüyü 170 metrdir: «Halbuki Türkiyədə çayların üzərində 15 metrdən hündür bənd tikmək yasaqdır. Nəticə isə göz önündədir. Urmiyadan 150 km uzaqlıqda yerləşən Van gölü olduğu kimi qalır, Urmiya isə susuzdur. Bu göldə su olduğu zamanlar orada 40 min flaminqo yaşayırdı. Vaxtı ilə 20 mert dərinliyi olan Urmiya o qədər quruyub ki, hər kəs ayağına 20 sm-lik çəkmə geyinib gölün içində başdan ayağa gəzə bilər».
Təbii ki, baş verənlərə və ya qarşıda gözlənilən bütün ekoloji fəsadlara görə İran hökuməti məsuliyyət daşıyır. Öz təqsirlərini görmək üçün məmurlar müqayisə üçün qonşu Türkiyədə İran sərhədinə yaxın yerdəki Van gölünə baxa bilərlər. Bu göldə gəmilər üzür…