Muəllif:

Türkiyə ANKA pilotsuz təyyarələrinin istehsalına başlayır

Türkiyə hərbi sənayesi ANKA pilotsuz təyyarələrinin silsilə istehsalına hazırdır. ANKA 24 saat havada qala bilir. Çəkisi 1 tona yaxındır. Öz texniki göstəricilərinə görə İsrail istehsalı HERONdan üstündür. Türkiyə ABŞ və İsraildən sonra bu kateqoriyadan pilotsuz təyyarə istehsal edə bilən üçüncü ölkədir.

Yayılan xəbərlərə görə, sınaq uçuşlarından sonra ilk yerli pilotsuz uçuş aparatı ANKA-nın silsilə istehsalına başlanacaq. «Türk Havacılık ve Uzay Sanayi A. Ş» (TUSAŞ) aerokosmik şirkəti artıq pilotsuz təyyarənin istehsalı üzrə sifarişlər qəbul edir və yaxın vaxtlarda onun silsilə istehsalına başlayacağı bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 209