Urala meteorit düşüb
Uralda Satka şəhəri üzərində səma cisminin partlamasından sonra meteorit yağışı yağıb. Bu partlayış bir sıra vilayətlərdən müşahidə olunub.
Urala meteorit parçalarının düşməsindən sonra 470-dən çox adam yardım üçün müraciət edib, onlardan 22-si xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə RF FHN İnformasiya İdarəsinin rəis müavini Yelena Smirnıx məlumat verib.
«Tibbi yardım üçün müraciət edənlərin sayı 474 nəfərdir», — Smirnıx bildirib.
«Xəsarət alanlar arasında 10 uşaq var, buna baxmayaraq, onlar ciddi zədə almayıblar», — «Vesti FM» FHN-in Böhranlı vəziyyətlərin idarə olunması Milli Mərkəzinin rəhbəri Vladimir Stepanova istinadən məlumat verir.
Çelyabinsk vilayətinə meteoritin düşməsi nəticəsində xəsarət alan 514 nəfərdən 112-nin xəstəxanaya yerləşdirilməsi lazım gəlib. Trend-in məlumatına görə, bu barədə cümə günü RİA Novosti-yə RF FHN-in rəsmi nümayəndəsi İrina Rossius bildirib.
«514 nəfər xəsarət alıb, onların arasında 84 uşaq var. 112 nəfər xəstəxanaya yerləşdirilib, — Rossius deyib.
O, hazırda xəstəxanaya aparılan uşaqların sayının dəqiqləşdirildiyini qeyd edib.
Video