Muəllif:

Ukrayna şəhərlərində azərbaycanlı döyüşçülərin şərəfinə abidələr ucaldılır

Mayın əvvəllərində — faşizm üzərində tarixi qələbənin bayram edildiyi günlərdə Ukraynanın ayrı-ayrı şəhərlərində azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış abidələrin də açılışı olacaqdır. Bu barədə Krım azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Onun sözlərinə görə, mayın 7-də Sevastopolda bu şəhərin alman faşistlərindən azad edilməsində fədakarlıq göstərmiş, azərbaycanlılardan ibarət 77-ci atıcı diviziyanın döyüşçülərinin şərəfinə ucaldılmış memorial kompleksin əsaslı təmirdən sonra açılışı olacaq.

Mayın 8-də isə Nikolayev vilayətində 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək. Bu şöhrətli diviziya da azərbaycanlılardan ibarət olmuşdu.

Mayın 9-da isə Yaltada 323-cü Yalta atıcı polkunun komandiri Cəlil Nəcəfovun şərəfinə adlandırılan bağın açılışı olacaq. Hazırda bağda abadlıq işləri aparılır, ilk mərhələdə burada xatirə lövhələri vurulacaq.

Xatırladaq ki, Sevastopolda memorial kompleksin təmir-bərpa işləri Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına, Nikolayev və Yaltada abidələrin qoyulması isə Azərbaycan diasporunun dəstəyi ilə aparılır. Nikolayevdəki abidənin qoyulmasını Yunus Əliyev, Yaltada bağın salınmasını Ağalar Yəhyayev və Yunus Əliyev birgə maliyyələşdirir.

Xatırladaq ki, Ukraynanın faşist işğalından azad olunması uğurnda döyüşlərdə on minlərlə azərbaycanlı iştirak edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 314