Muəllif:

Uilyam Heyq: Şahdəniz-2 “Cənub dəhlizi”nin yaranmasına imkan verəcək

Şahdəniz-2 layihəsinin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə, eləcə də Azərbaycanla Böyük Britaniya arasındakı möhkəm əlaqələri diversifikasiya etməyə imkan verəcək.  Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Bakıda keçirilən Şahdəniz-2 layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində bildirib ki, Şahdəniz-2 layihəsinin inkişafı “Cənub dəhlizi”nin yaranmasına imkan verəcək ki, bu da Avropanın enerji təhlükəsizliyini təmin edəcək və yeni qaz mənbələrini təqdim edəcək.

 Nazir “Cənub dəhlizi”nin genişlənməsinin mümkünlüyünü vurğulayıb: “Bu isə Yaxın Şərqdə enerji resursları mənbələrinə çıxış etməyə və Avropanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 138