Muəllif:

Udin qardaşlarımız da Pasxa bayramını qeyd ediblər

Bu günlərdə Pravoslav dünyası bayram ovqatına köklənib. Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udin qardaşlarımız da Pasxa bayramını qeyd ediblər. Nic qəsəbəsindəki Cotari alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin icmasının rəhbəri, kilsənin keşişi, və icmanın ağsaqqalları çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə bir-birlərini, bütün insanlığı təbrik ediblər. Udinlər bu diyarda rahat yaşadıqlarını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl bir örnək olduğunu qeyd ediblər. Kilsədə şamlar yandırılıb, dualar oxunub.

Sovet dönəmində udinlərə öz bayramlarını qeyd etmək yasaq imiş. 2002-ci ildə əsaslı təmir və bərpa olunan Cotari məbədi udinlərin istifadəsinə verilib. Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Azərbaycanda isə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 346