Muəllif: Redaksiya
Ucarda günorta vaxtı canavarlar qoyun sürüsünə soxuldu
Ucar rayonunun Lək kənd sakini, 45 yaşlı Bəhman Hüseynov 40 başa yaxın xırdabuynuzlu heyvanını qonşu Qazian kəndinin otlaq sahəsində otararkən 3 canavar qəfildən qoyunlara soxulub. Yırtıcılar 3 qoyunu yerindəcə öldürüb, 6 qoyunu isə ölümcül yaralayıblar.
Hüseynov özü maşında olduğundan canavarlar ona xəsarət yetirməyiblər. O, səs-küy saldıqda canavarlar sürüdən aralanıblar. Hadisə yerinə çağırılan yerli baytar həkimləri yaralı heyvanlara kömək göstərib və onlara quduzluğa qarşı vaksinlər vurublar.
Kənd sakinlərinin sözlərinə görə, ilk dəfədir canavarlar günorta saatlarında mal-qaraya hücum edib. Adətən bu cür hallar gecə saatlarında və yağıntılı havalarda müşahidə olunur.
Bölüm: Xəbərlər
Oxunma sayı: 148

