“Üç nöqtə” : mətbəx oğruları haqda film
Mətbəx oğruları da var və diqqətli olmaq lazım oəlir. Bu oğrular – qonşu ermənilərdir. Ermənilər gözədəyər hər şeyi çırpışdırmağa çalışırlar. Hələ belə həyasız oğrular dunyanın heş bir bucağında görülməyib. Belə bir əliəyri qonşu bizim bəxtimizə yazılıb. “Üç nöqtə” həmin bu mətbəx oğruları haqda filmin adıdır. Bu film Milli Təhlükəsizlik Nazirliyi və “Azad Azərbaycan” l Teleradio Şirkətinin birgə layihəsidir. “Üç nöqtə” sənədli televiziya filmi MTN Mədəniyyət Mərkəzində təqdim edildi (APA).
Milli təhlükəsizlik naziri xidmətinin rəhbəri, general-mayor Fərhad Vahabov son illər Azərbaycan milli-mənəvi dəyərlərinin dünyaya çatdırılmasına həm dövlət, həm də vətənpərvər insanlar tərəfindən xüsusi diqqət yetirildiyini bildirib. F. Vahabov deyib ki, ermənilər Azərbaycan tarixini saxtalaşdırmaqla təxribatla məşğul olurlar: “Erməni diasporu təşkilatlanmış şəkildə bu sahədə məqsədyönlü iş aparır. Dünya ictimaiyyətini aldatmağa çalışır, təəssüf ki, çox vaxt buna nail olurlar. Lakin Azərbaycan dövləti son illər erməni təxribatına qarşı daha səfərbər şəkildə mübarizəyə başlayıb. Xüsusən, dövlət başçısının informasiya mübarizəsində hücumda olmaq barədə tövsiyəsindən sonra bu sahədə köklü şəkildə dönüş yaranıb. İndi həm dövlət, həm təşkilat, həm də vətənpərvər soydaşlarımız buna xüsusi diqqət edir”.
“Azad Azərbaycan” Telekanalının rəhbəri Vüqar Qaradağlı bildirib ki, “Üç nöqtə” layihəsi erməni plagiatının ifşasına yönələn, milli mənəvi dəyərlərimizi, maddi sərvətlərimizi tədqiq edən vizual faktlar toplusudur.
Qeyd olunub ki, film telekanalın nəzdində yaradılan “Vətən” Yaradıcılıq Birliyində istehsal edilib. Filmin ssenari müəllifi, MTN-in əməkdaşı Günel Mehri, rejissoru Svetlana Abdullayevadlr. Çəkiliş qrupunda isə İlham Tumas, Roman Yaşar, İlhamə Qurbanlı, Davud Müzəffərli təmsil olunub. Filmin məsləhətçisi Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovdur.
Filmdə bir çox ölkələrin kulinariya proqramlarında ermənilərin Azərbaycan mətbəxinin təamlarını özününküləşdirərək təqdim etdikləri verilişlərdən fraqmentlər də yer alıb. Tədbirdə filmin rus, ingilis dillərinə tərcümə edilmiş diskləri, eləcə də Azərbaycan mətbəxinə məxsus təamların adlarının etimologiyasından və hazırlanma qaydasından bəhs edən kitabın yeni nəşri də təqdim edili