Muəllif:

Üç nazir bu dəfə Ərzurumda görüşüb danışacaqlar

Yaxın günlərdə İran, Türkiyə və Azərbaycan xarici işlər nazirləri arasında növbəti üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Bu görüş barədə İran xarici işlər naziri Əli Əkbər Salehi türkiyəli həmkarı Əhməd Davudoğlu arasında telefon danışığında söhbət gedib. Görüşün Ərzurum şəhərində olacağı qeyd olunsa da, hansı gündə keciriləcəyi deyilməyib.

Bu səpkili üçtərəfli görüşlər praktikası son zamanlar üzə çıxdı, Urmiya və
Naxçıvanda keçdi, lakin orada deyilən sözlər elə orada da qaldı. Tehranın Azərbaycana və Türkiyəyə münasibətində heç nə dəyişmədi. Ondan sonra işğalçı Ermənistanla münasibətləri daha da gəlişdi. Ötən il noyabrın 28-də sayca
üçüncü görüş planlaşdırılsa da, bəlli olmayan səbəblərdən təxirə düşdü.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 116