Muəllif:

Türkmənlərə qarşı qanlı terror: ölənlərin sayı 42-yə çatdı

İraqın quzeyində Səlahəddin elinə bağlı, əhalisinin əksəriyyəti türkmənlərdən ibarət olan Tuzhurmatu şəhərində törədilən qanlı teraktda ölənlərin sayı 42-yə çatlı. Türkmən xəbər qaynaqlarına istinadən, yaralıların sayı 75-dir. Bu terakt İraq Türkmən Cəbhəsi sədrinin müavini Əli Haşim Muxtaroğlunun qohumu Əhməd Salah Əsgərin yas mərasimi əsnasında baş vermişdir. İntihar saldırısı təşkil edilmişdir. Partlayış nəticəsində yaralananların əksəriyyətinin vəziyyəti ağırdır. Yaralananlar arasında Tikrit şəhər valisinin müavini Əhməd Qoca, Kərkük administrasiya rəhbəri Münir Kafili, İraq Türkmən Cəbhəsinin sabiq sədri Sadeddin Ergec və İTC sədrinin müavini Əli Haşim Muxtaroğlu da var. Yaralılar Kərkükdəki xəstəxanalara yerləşdirilib.
Yas mərasimi keçirilən Əhməd Salah Əsgər bir gün əvvəl Tuzhurmatunun mərkəzində naməlum şəxslərin avtomat silahlardan açdığı atəş nəticəsində həlak olub.
İTC başqanı Erşed Salihi bəyanatla çıxış edərək bildirmişdir ki, kürdlərlə Bağdad arasında yaşanan gərginlikdə türkmənlər hədəfə alınır. Salihi türkmənlərin taleyin ümidinə buraxıldığını deyərək Türk Dünyasından dəstək istəmişdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189