Muəllif:

Türkiyədə yaşayan azərbaycanlı rəssamların Ankarada 3-cü rəsm sərgisi açılıb

Azərbaycanın Türkiyə səfirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ankarada Rəsm və Heykəl Muzeyində Türkiyədə yaşayan azərbaycanlı rəssamların 3-cü rəsm sərgisini təşkil edib. Səfirlikdən göndərilən məlumata görə, 10 gün nümayiş etdiriləcək sərginin açılış tədbirində Türkiyə Böyük Millət Məclisinin sabiq spikeri İsmət Sezqin, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Genç, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Sərginin açılışında səfir Faiq Bağırov Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gençə və başqaları çıxış ediblər.

Sərgidə Ədalət Qara, Arif Ələsgərov, Asim Rəsuloğlu, Elçin Mustafayev, Fatma Dəmir Quliyeva, İsmail Hüseynov, Lalə Avşar, Lətafət Məmmədova, Mənsur Cəfərov və başqa rəssamlarımızın əsərləri sərgidə nümayiş etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 173