Muəllif:

Türkiyədə suriyalı qaçqınların sayı 300 minə yaxınlaşır

Türkiyə ərazisində yaşayan suriyalı qaçqınların sayı 300 minə yaxınlaşıb. Humanitar fəlakətin miqyasını göstərən bu rəqəmi Türkiyə Fövqəladə Vəziyyətlərin Qarşısının Alınması və Ləğvi İdarəsinin rəhbəri Fuat Oqtaya istinadən «Akşam» qəzeti yayıb (Trend).
Oqtayın sözlərinə görə, 181 mindən çox qaçqın Türkiyə hökumətinin onlar üçün hazırladığı düşərgələrdə yaşayır. Bundan əlavə, yüz mindən çox qaçqın Türkiyənin sərhədyanı vilayətlərində, düşərgələrdən kənarda yaşayır.

Düşərgələrdə, eləcə də onlardan kənarda yaşayan suriyalı qaçqınların yaşaması üçün Türkiyə dövləti tərəfindən 687,4 milyon lirə xərclənilib. Daha çox sayda, 83 min suriyalı qaçqın Şanlıurfada yaşayır. Bundan başqa, qaçqınlar Hatay, Kilis, Kahramanmaraş, Qaziantep, Adıyaman və Osmaniyyə vilayətlərində də yaşayır.
BMT-nin hesabatına görə, hökumət qoşunları ilə silahlı müxalifət arasında gedən aramsız çarpışmalar nəticəsində Suriyada həlak olanların sayı 700 mini ötüb.
Hesabatda qeyq edilir ki, 219 min suriyalı qaçqın İordaniyada, 226 mindən çox Livanda, 77,5 min İraqda, 14 minə yaxını Misirdə yaşayır. Toplam say 1 milyonu ötüb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155