Muəllif:

Türkiyədə suriyalı qaçqınların sayı 230 minə çatdı

Türkiyə ərazisindəki çadır düşərgələrində məskunlaşan suriyalı qaçqınların sayı 230 minə çatdı. TRT Haber telekanalına istinadən, bu barədə Türkiyə Baş Nazirinin müavini Bəşir Atalay bildirib. Bu, bi ölkə üçün son dərəcə böyük rəqəmdir.
Suriyalı qaçqınlar əsasən Şanlıurfa, Hatay və Qaziantep ellərində yerləşdirilib. Qaçqınların xeyli qismini Türkmən soydaşlarımız təşkil edirlər. Suriyada onların toplam sayı 4-5 milyon civarında göstərilir.
Türkiyədən başqa, suriyalı qaçqınlar, Livan və İordaniya kimi qonşu ölkələrə də axın edirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126