Muəllif:

Türkiyədə irimiqyaslı korrupsiya qamaqalına bağlı şəxslərin ikinci siyahısı hazırlanıb

Türkiyənin “Hürriyyət” qəzetinin verdiyi xəbərə görə İstnabul prokurorluğu ölkəni titrədən və hökumət böhranı yaradan  iri miqyaslı korrupsiyada adları keçən şəxslərin növbəti siyahısını hazırlayıb.

İkinci siyahıda 41 ad keçir. Bu şübhəlilər sırasında Türkiyə və xaricdən olan çoxsaylı nufuzlu iş adamları var. Prokuroluq onları cinayətkar təşkilatları maliyyələşdirməkdə, rüşvət verməkdə, tender fırıldaqlarında, rəsmi sənədlərin saxtalaşdırmaqda, “cinayət yolu ilə hesabların təmizlənməsi”ndə və hədə qorxuda şübhəli bilir.

Digərlərilə yanaşı siyahıda İsanbuldakı üçüncü aeroportun tikintisi tenderində qalib gələn konsorsiuma daxil olan “Limak” qrupunun rəhbəri Nicat Özdemirin də adı daxildir. Əvvəllər terrorçuları maliyyələşdirməkdə ittiham edilən Səudiyyə biznesmeni Yasin əl-Qadi də şübhəlilər siyahısındadır. Habelə, BİM ticarət şəbəkəsinin sahibi Mustafa Lətif Topbaş da bura aiddir.

Siyahıda həmçinin “Kalyon” şirkətinin rəhbərləri Orxan Kamal və Ömər Faruk Kalyonçuların, və “Kolin” şirkətindən olan Cəlal Koloğlunun da adları var. Hər iki firma “Limak”la birgə aeroprtu tikən konsosrsiuma daxildir.

Burada daha bir iş adamının adı keçir ki, bu da Rusiyanın “Qazprom” şirkətilə kontraktı olan  “Batı Hattı A.Ş” firmasının tərəfdaşı Abdulla Tivnikdir. Populyar kafelər şəbəkəsinin tərəfdaşı Abdulla Kavukçu da şübhəlilər sırasındadır.

Korrupsiyanın təhqiqatı Türkiyə hökumətində artıq irimiqyaslı dəyişikliklıərə səbəb olub. Korrupsiya qalmaqlaı ilə bağlı daxili işlər, iqtisadiyyat və ekologiya nazirlərinin istefasından sonra Ərdoğan kabinetində baş nazir müavini və Avropa nazirini,  habelə, ədliyyə, nəaliyyat, ailə siyasəti, idman və sənaye nazirlərini vəzifədən kənarlaşdırdı. Nüfuzly türk maqnatları istintaqa cəlb olundular.

Digər tərəfdən hökumət korrupsiya ilə bağlı cinayət işləri qaldıran zaman kənar maraqlar güdməkə şübahlıi bildiyi İstanbul polisinin şefi də daxil olmaqla çoxsaylı polisləri vəzifədən kənrlaşdırdı.

Baş nazir Ərdoğan isə xarici hökumətləri ona qarşı sui-qəsd hazırlamaqda ittiham etdi (Turan).

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 175