Muəllif:

Türkiyədə Azərbaycanlı İş adamları Birliyinin yaradılması təqdir edildi

Daha bir uğurlu əməkdaşlıq.
Türkiyədə Azərbaycanlı İş adamları Birliyinin yaradılması təqdir edildi. Bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və bir qrup əməkdaş Qafqaz Universitetində olarkən söz gedib. ASK təmsilçiləri Qafqaz Universitetinin maddi-texniki bazası ilə tanış olublar.

Məmməd Musayev konfederasiyanın fəaliyyəti haqqında danışarkən bildirib ki, 5000–dən çox üzvü olan konfederasiyanın əhatə dairəsi tək ölkə sərhədləri ilə məhdudlaşmır, xarici ölkələrlə də işgüzar əlaqələr yaradılır. Qardaş Türkiyə ilə, xüsusilə də TÜSİAB-la olan işbirliyini örnək göstərən Musayev yaxın zamanlarda Türkiyədə Azərbaycanlı İş adamları Birliyinin yaradılmasını da təqdirə layiq hal hesab edib.

Musayev deyib ki, konfederasiya gələcəkdə Qafqaz Universiteti ilə də birgə layihələr həyata keçirərsə, universitetin müəllim və tələbə heyəti bu imkanlardan yararlana, konfederasiya isə körpü rolunu oynaya bilər. Türkiyə və Qərb universitetlərinin müasir təhsil proqramlarını, tədris vəsaitlərini uğurla tətbiq edən Qafqaz Universitetinin Azərbaycanda böyük etimad qazandığını deyən Məmməd Musayev ASK ilə əməkdaşlıq edən təhsil müəssələri sırasında Qafqaz Universitetini də görmək istədiklərini qeyd edib.

Universitetin rektoru prof. Ahmet Saniç isə qeyd edib ki, təhsil müəssəsi fəaliyyət göstərdiyi vaxtdan bu günədək daim qabaqcıl təhsil texnologiyalarını tətbiq edib və bir çox vacib yeniliklərə imza atıb. Ahmet Saniç təhsil sistemində yeniliklərin tətbiq edilməsi üçün bazarın araşdırılmasının vacibliyini və hazırda buna ciddi ehtiyac olduğunu demişdir.
Sonda ASK ilə Qafqaz Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 253