Muəllif:

Türkiyə: Sürücülər narkotik testindən keçirilir

Yollardakı fəlakətli hadisələrdə sükan arxasındakı narkomanların da «töhfəsi» az deyildir. Dünyanın hər yerində bu belədir. Odur ki, vziyyətdən çıxış yolları aranır, müsbət təcrübələr dəyərləndirilir. Son olaraq, Türkiyədə yol polisi alkohol testi ilə yanaşı sürücülərin narkotikadan istifadə edib-etmədiyini də yoxlamağa başlamışdır. Hesab edilir ki, bununla da yollarda təhlükəsizlik dərəcəsi artmış olacaqdır.

Türk mediasına istinadən, artıq bu məqsədlə Türkiyə Almaniyadan sürücülərin nə dərəcədə və hansı narkotik maddələrdən istifadə etməsini müəyyənləşdirən elektron cihazlar alıb.
Əgər sürücüdə narkotik vasitənin qəbulu müəyyənləşərsə, onu 5 il müddətində sürücülükdən məhrum edəcək və 3600 lirə (1800 manat) cəriməyə məruz qoyacaqlar. Bu önləyici tədbir təcili qaydada Azərbaycanda da tətbiq edilməlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145