Muəllif:

Türkiyə ilə ticarət dövriyyəsi yaxın illərdə 10 mlrd. dollara çata bilər

Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri sürətlə inkişaf etməkdədir və yaxın illərdə bu rəqəmin 10 mlrd. dollara çatdırılması planlaşdırılır. Bu proqnozu Gəncədə “Regional inkişaf: strateji hədəflər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edən Türkiyənin iqtisadi inkişaf nazirinin müavini Mehmed Ceylan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyədə investisiya qoyaraq bir sıra önəmli və böyük layihələr həyata keçirir: “Azərbaycanla Türkiyə arasında işbirliyinin hansı səviyyədə olduğunu görmək üçün bir dəfəyə 5 mlrd. dollarlıq sərmayə ilə tikilən Neft Emalı Zavodunu misal çəkə bilərik”.

Ceylan türkiyəli iş adamlarının Azərbaycanda böyük layihələr həyata keçirməkdə maraqlı olduqlarını bildirib. Onun sözlərinə görə, dünyada 8-ci, Avropada isə 2-ci yerdə olan Türkiyənin metal sənayesi üzrə iş adamları Azərbaycanda, xüsusən metal yataqları olan qərb bölgəsində investisiya yatıraraq layihələr həyata keçirə bilərlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121