Muəllif:

Türkiyə Azərbaycanla ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını gözləyir

Yaxın illərdə Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi il ərzində dörd milyard dollara çatacaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Türkiyənin ticarət və gömrük nazirinin müavini Fatih Mətin bildirib.
Nazir müavini deyib: «Bizim hədəfimiz yaxın illərdə ölkələrimiz arasında ticarət dövriyyəsini bu səviyyəyə çatdırmaqdır və mən əminəm ki, bu məqsədə tamamilə çatmaq mümkündür».
Onun sözlərinə görə, bunun üçün ilkin şərtlər var:
«Bizim qardaş ölkələr arasında əməkdaşlıq ən yüksək səviyyədədir və ildən-ilə bütün sahələrdə inkişaf edir. Bundan əlavə, bizim ölkələr Avropa və Asiya arasında əhəmiyyətli tranzit dəhlizi rolunu oynayır və Azərbaycan və Türkiyənin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi yeni uğurların əldə olunmasına öz töhfəsini verəcək» (Trend).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 108