Muəllif: Redaksiya
Türkiyə Azərbaycan ilə əmtəə dövriyyəsini artırmaq niyyətindədir
Türkiyə Prezidenti Administrasiyasının baş katibi Mustafa İsen bildirmişdir ki, iki ölkə arasında əmtəə dövriyyəsi 5 milyard dollar təşkil edir və yaxın zamanlarda bu rəqəmin 10 milyard dollara çatdırılması gözlənilir.İsen qeyd edib ki, Türkiyə Azərbaycanda yalnız iqtisadiyyat sahəsinə investisiya yatırmır: «İki ölkə arasında iqtisadiyyat sahəsində münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur».
Baş katibin sözlərinə görə, öz növbəsində, Azərbaycan Türkiyənin vacib investorlarından biridir: «Belə ki, bu ölkədə Azərbaycan investisiyalarının həcmi 4 milyard dollara çatır». O bildirib ki, iki ölkənin bir çox strateji, iqtisadi və enerji layihələri var və gələcəkdə ölkələr bu layihələri həyata keçirəcəklər (Trend).
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 155